"Facebook"dan maraqlı yenilik - Üfüqi xəbər lenti

“Facebook” sosial şəbəkəsi dönən üfüqi xəbər lentini test edir.

"Facebook" sosial şəbəkəsi dönən üfüqi xəbər lentini test edir.

Olaylar.az bildirir ki, bu barədə "TechCrunch" nəşri yazıb.

Nəşrdə yer alan məlumat görə, yeniliyi aşkar edən proqramist Ceyn Mançun olub.

O, yaxın gələcəkdə xəbər lentinin necə görünməsi ilə bağlı post paylaşıb. Belə ki, istifadəçilər xəbər başlığına iki dəfə klik etməklə və istifadəçilərin yanındakı boşluğa klik etməklə bütün tam postu görə biləcəklər. Daha sonra sola keçid edərək başqa nəşrlərin postlarına baxmaq olar. 

Yenilik reklam materialları və elanları üçün də keçərli olacaq.

"Facebook" şirkəti üfüqi horizontal naviqasiyanın gizli rejimdə test edilməsi ilə bağlı xəbəri təsdiqləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31