"Facebook" $5 mlrd. dəyərində cərimələnə bilər

ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) istifadəçilərin şəxsi məlumatlarının sızmasına görə “facebook” sosial şəbəkəsini 5 milyard dollar məbləğində cərimə edə bilər. 

ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) istifadəçilərin şəxsi məlumatlarının sızmasına görə "facebook" sosial şəbəkəsini 5 milyard dollar məbləğində cərimə edə bilər. 

Olaylar.az bildirir ki, bu barədə şirkətin hesabatına istinadən CNBC məlumat verib.

"Facebook"un 2019-cu ilin birinci rübü ərzindəki gəlirləri ilə bağlı hesabatda qeyd edilir ki, FTK sosial şəbəkəni 3 milyard dollar məbləğində cərimə edə bilər. Cərimənin maksimal məblığinin 5 milyard dollara qədər arta biləcəyi vurğulanıb.

Hazırda FTK tərəfindən yekun qərar verilməyib.

Populyar tətbiqdə "screen" qadağan edilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31