“Apple” baş icraçı direktoru: “Push-bildirişləri söndürün”

Smartfon istehsalçılarından biri olan "Apple" şirkətinin baş icraçı direktoru Tim Cook, TIME 100 sammitində maraqlı açıqlamalar verib.

Olaylar.az bildirir ki, icraşı direktor iPhone sahiblərinə elektron cihazlardan daha az istifadə etməyi məsləhət görüb. 

T. Cook "Apple" şirkətinin iPhone smartfonlarını fasiləsiz istifadə üçün yaratmadığını, öz smartfonunda belə push-bildirişlərini söndürdüyünü qeyd edib: "iPhone istifadə edirsinizsə, sizə push-bildirişlərə nəzarət etməyi məsləhət görürəm. Mən özüm də öz smartfonumda onları söndürmüşəm, onlar mənim həyatımı daha dəyərli etmirlər və ya mənim inkişaf etməyiməsəbəb olmurlar."

Nəzər çatdıraq ki, Screen time funksiyası ilə istifadəç iPhone və smartfona bağlı olan tətbiqlərdə keçirdiyi vaxtı ölçə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31