“Windows” sistemində antivirusların işi dayanıb

“Windows”un bütün aktual versiyalarında antivirusların işi dayanıb.

"Windows"un bütün aktual versiyalarında antivirusların işi dayanıb.

Olaylar.az bildirir ki, bu barədə "Microsoft"un dəstək xidmətindən məlumat verilib.

Antivirusların işi təhlükəsizlik paketinin çıxarılmasından sonra dayanıb. "Microsoft" korporasiyası antivirusları söndürməyi və ya silməyi, bundan sonra isə təhlükəsizlik rejimini aktivləşdirməyi tövsiyə edir. Bəzi hallarda kompüterlər yenidən işə düşməyib.

Yaranan problem həll etmək üçün "Microsoft"un daha bir təhlükəsizlik paketi çıxaracağı güman edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31