"Facebook" o layihəni ləğv etdi
Mark Zukerberqin ən böyük xəyallarından biri dünyanı yüksək sürətli, pulsuz internet xidməti ilə təmin etməkdir. O, bu məsələ ilə bağlı 4 il əvvəl layihə başlatmışdı. "Aquila" adlı dron dünyanın hər yerində 4 milyard insana yüksək sürətli internet xidməti vermək üçün nəzərdə tutulmuşdu.
30 İyun 2018 08:27 İKTMark Zukerberqin ən böyük xəyallarından biri dünyanı yüksək sürətli, pulsuz internet xidməti ilə təmin etməkdir.
O, bu məsələ ilə bağlı 4 il əvvəl layihə başlatmışdı. "Aquila" adlı dron dünyanın hər yerində 4 milyard insana yüksək sürətli internet xidməti vermək üçün nəzərdə tutulmuşdu.
Lakin dünən "Facebook" proqramın ləğv edildiyini açıqlayıb. Şirkət kütləvi internet xidmətləri üçün yoluna "Airbus"la davam edəcək.
2016-cı ildə keçirilən iki sınaq uçuşundan sonra layihədə struktur səhvləri olduğu ortaya çıxmışdı. Publika.az