"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
10:02 İdmanAzərbaycanın "Sabah" klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda səfər qarşılaşmasında İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə üz-üzə gələcək.
Buxarestdə yerləşən "Quleşti" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 25-də saat 20:45-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31