AFFA-da vəzifəli şəxslər işdən çıxarıldı
18 Avqust 15:54 İdmanAFFA-da iki nəfər vəzifəsindən azad edilib.
Sport1.az xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib.
Bundan başqa federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb.
AFFA-dan verilən açıqlamada məlumat təsdiq olunub.
Onların hansı səbəbdən vəzifəsindən azad olunduğu barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31