“Qarabağ” matçında olmayacaq: “Dinamo”nun əsas müdafiəçisi beyin silkələnməsi keçirdi
14:23 İdmanBu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Kiyev "Dinamo"su ciddi itki ilə üzləşib.Qafqazinfo xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Tomaş Kendzyöra zədələnib. O, məşqlərin birində beyin silkələnməsi keçirib. Futbolçu komanda ilə birlikdə Bakıya gəlməyib. Qeyd edək ki, "Qarabağ" - "Dinamo" (Kiyev) qarşılaşması bu gün saat 20:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31