Qadın idmançılar respublikamızda idmanın inkişafına xüsusi töhfə verirlər- ÖZƏL

"Müasir Azərbaycan cəmiyyətində qadın idmançılarımızın beynəlxalq arenada qazandığı hər bir zəfər dövlətimizin idman nüfuzunun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib:  "Cüdo üzrə Avropa Kubokunda yüksək peşəkarlıq və iradə nümayiş etdirərək müvafiq olaraq qızıl və bürünc medallara layiq görülmüş Sumqayıt yetirmələri Xədicə Qədəşova və Aytən Verdiyevanı təbrik edirəm.
Qazanılmış bu nailiyyətlər respublikamızda idmanın inkişafına yönəlmiş məqsədyönlü dövlət siyasətinin və göstərilən ali diqqətin növbəti bariz təzahürüdür. Gənc idmançılarımıza gələcək beynəlxalq turnirlərdə yeni-yeni uğurlar və üçrəngli bayrağımızı dünya miqyasında qürurla dalğalandırmağı arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31