UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
10:39 İdmanBu axşam UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" növbəti sınağına çıxacaq.
Milli.Az xəbər verir ki, Ağdam klubu doğma meydanda Bolqarıstan təmsilçisi SSKA ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Matçı İtaliyadan olan FIFA referisi Daniele Çiffi idarə edəcək.
Komandalar arasında cavab oyunu iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
Bu cütün qalibi UEFA Avropa Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi "Şerif" və İsrailin "Makkabi" (Tel-Əviv) komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" azarkeşləri doğma meydanda komandalarının uğurlu nəticə qazanacağına ümid edirlər.