Messi Argentina millisi ilə vidalaşır

Argentina millisinin kapitanı və hücumçusu Lionel Messi milli komandadakı karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, məlumata görə, 39 yaşlı futbolçu bu qərarını DÇ-2026-nın final görüşündən əvvəl komanda yoldaşlarına açıqlayıb. Jurnalist Hernan Kastilyonun yaydığı məlumata əsasən, Messi paltardəyişmə otağında etdiyi emosional çıxış zamanı İspaniyaya qarşı keçiriləcək finalın onun Argentina millisindəki son oyunu olacağını bildirib.

Argentina mundialın finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub və turniri gümüş medalla başa vurub.

Messi isə çempionat ərzində möhtəşəm performans nümayiş etdirərək 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu bununla yanaşı, dünya çempionatları tarixində 20 qol həddini keçən ilk oyunçu kimi tarixə düşüb. O, həmçinin mundial tarixinin ən məhsuldar assistenti və ən çox oyun keçirən futbolçusu rekordlarını da yeniləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31