Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
10:38 İdmanArgentina millisinin yarımmüdafiəçisi Leandro Paredesin 2026-cı il dünya çempionatında ciddi zədə ilə mübarizə apardığı məlum olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli futbolçu turnir ərzində qabırğasının sınmasına baxmayaraq komandasına kömək etmək üçün meydana çıxıb. Bildirilir ki, aldığı zədə uzun müddət Leandro Paredesə narahatlıq yaradıb və onun rahat nəfəs almasına mane olub.
İddialara əsasən, məhz bu səbəbdən yarımmüdafiəçi İspaniya millisinə qarşı keçirilən dünya çempionatının final görüşünə start heyətində başlaya bilməyib. Argentina millisinin məşqçilər korpusu və tibbi heyəti rəqibin bundan faydalanmaması üçün futbolçunun zədəsini gizli saxlamaq qərarı verib.
Xatırladaq ki, DÇ-2026-nın finalında İspaniya millisi Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Oyunun taleyini əlavə vaxtın ikinci hissəsində Ferran Torresin vurduğu yeganə qol həll edib.
Argentina millisi qarşılaşmanın 93-cü dəqiqəsindən etibarən azlıqda mübarizə aparıb. Enzo Fernandes Pau Kubarsiyə qarşı kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Məlumatda həmçinin qeyd olunur ki, Leandro Paredes final fitindən sonra İspaniya millisinin futbolçuları ilə yaşanan gərgin epizodda iştirak edən oyunçular arasında olub.