Zamiq Əliyevin ölkədən çıxışına qadağa qoyuldu, klubu cərimələdi

Albaniyanın "Eqnatiya" klubunda forma geyinən Zamiq Əliyev çətin vəziyyətlə üzləşib.

İdmanxeber.az  xəbər verir ki, müdafiəçi ötən mövsüm başa çatdıqdan sonra ölkəyə qayıtsa da, hazırda Azərbaycandan çıxa bilmir. Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə oyunçunun ölkədən çıxışına qadağa qoyulmasıdır. İyunun 8-də Z.Əliyev komandasının yay toplanışına yollanmaq istəsə də, hava limanından geri qaytarılıb.

Bunun ardından Albaniya klubu müdafiəçinin adını Çempionlar Liqası iştirak ərizəsindən çıxarıb və məşqlərə qatılmadığı üçün oyunçunu 5 min avro cərimələyib.

"Eqnatiya" ən qısa vaxtda futbolçunun düşərgəyə qayıtmasanı tələb edir. Əks təqdirdə Albaniya klubu Əliyevin müqaviləsinə xitam verəcəyini oyunçunun menecerinə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31