"Qarabağ" Ukrayna komandasına uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.

Report   xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.

"Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31