İtaliya klubu futbolçusu üçün 80 milyon avro tələb edir

"Komo"nun yarımmüdafiəçisi Martin Baturina karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

"Tottenhem" xorvatiyalı futbolçunu transfer etmək istəyir.

İtaliya klubu Baturinə üçün 80 milyon avro tələb edir. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə "Bavariya" və "Aston Villa" da yaxından maraqlanır.

Qeyd edək ki, "Komo" Martin Baturinanı 2025-ci ilin yayında Zaqreb "Dinamo"sundan 18 milyon avroya transfer edib. Xorvatiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 34 rəmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31