Paraqvay Almaniya millisini məğlub edib - DÇ-2026
10:10 İdmanFutbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.
Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf olmayıb - 1:1.
Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.
Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub. Paraqvay penaltilərdə 4:3 hesabı ilə qalib gəlib.
Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütlüyünün qalibi ilə qarşılaşacaq. Almaniya isə turnirdə mübarizəni dayandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31