Argentina millisi dünya çempionatında İordaniyaya qalib gəlib
11:02 İdmanFutbol üzrə dünya çempionatında J qrupunun sonuncu - III turunun oyunları başa çatıb.
Argentina millisi İordaniya seçməsini böyük hesabla məğlub edib. Dallas stadionunda keçirilən qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 80-ci dəqiqəsində Lionel Messi cərimə zərbəsindən vurduğu dəqiq qolla komandasının üstünlüyünü möhkəmləndirib.
Qrupun paralel keçirilən digər oyununda isə bol qollu heç-heçə qeydə alınıb. Kanzas stadionunda baş tutan Əlcəzair - Avstriya matçı 3:3 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31