Daniel Sebalyos "Real"dan getdi
09:25 İdman"Real" yarımmüdafiəçi Daniel Sebalyosla yollarını ayırıb.
Bu barədə Madrid klubu rəsmi açıqlama yayıb.
Bildirilib ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Klub 29 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Sebalyos da sosial şəbəkə hesabında azarkeşlərlə vidalaşıb: "Bu qərarı vermək asan olmadı. "Real" həmişə mənim evim olacaq. Bu formanı geyinmək, bu gerbi qorumaq böyük şərəf idi. Burada keçirdiyim illərə görə hər kəsə təşəkkür edirəm" - deyə ispaniyalı futbolçu yazıb.
Qeyd edək ki, Daniel Sebalyos 2017-ci ildən "Real"da çıxış edirdi. (qol.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31