Kabo-Verde tarix yazdı, Səudiyyə Ərəbistanı mundialla vidalaşdı
09:18 İdmanFutbol üzrə dünya çempionatının H qrupunda III turun oyunları çərçivəsində Kabo-Verde millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
Milli.Az xəbər verir ki, Hyustonda keçirilən görüşdə qalib müəyyənləşməyib - 0:0.
Bu nəticə ilə Kabo-Verde yığması qrup mərhələsini 3 xalla ikinci pillədə başa vuraraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Komanda 1/8 finalda son dünya çempionu Argentina ilə üz-üzə gələcək.
Səudiyyə Ərəbistanı isə H qrupunda 2 xal toplayaraq sonuncu yeri tutub və dünya çempionatı ilə erkən vidalaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31