DÇ-2026 məhsuldarlıq baxımından mundiallar tarixinə düşüb
12:00 İdman2026-cı il dünya çempionatı məhsuldarlıq baxımından mundiallar tarixinə düşüb.
FİFA-nın statistikasına əsasən, turnirdə indiyədək 173 qol vurulub. Bununla da DÇ-2026 ən məhsuldar dünya çempionatı olub. Əvvəlki rekord 2022-ci ildə Qətərdə keçirilən mundiala məxsus idi. Həmin yarışda komandalar ümumilikdə 172 dəfə fərqlənmişdilər.
Maraqlıdır ki, DÇ-2026-nın qrup mərhələsində hələ bir neçə oyun keçirilməlidir. Bu isə qol sayının daha da artacağını göstərir.
FİFA prezidenti Canni İnfantino "Instagram" hesabında bildirib:
"Qətərdə qeydə alınan əvvəlki 172 qolluq rekordu geridə qoymaq 2026-cı il FIFA dünya çempionatını artıq indidən unudulmaz edən həyəcanı və hücum futbolunun gücünü bir daha nümayiş etdirir".
Qeyd edək ki, bu ildən etibarən dünya çempionatında ilk dəfə 48 milli komanda iştirak edir.