DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi

2026-cı il dünya çempionatının qrup mərhələsində III turun oyunları davam edir.

Milli.Az xəbər verir ki, D qrupunda keçirilən son turun görüşlərində 1/16 finala vəsiqə qazanan komandalar müəyyənləşib.

Paraqvay və Avstraliya yığmaları arasındakı qarşılaşmada hesab açılmayıb - 0:0. Bu nəticədən sonra hər iki komanda 4 xal toplayıb. Əlavə göstəricilərə əsasən Avstraliya qrupu ikinci, Paraqvay isə üçüncü pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib.

Qrupun digər oyununda isə ev sahibi ABŞ millisi Türkiyə ilə üz-üzə gəlib. Beş qolun vurulduğu gərgin qarşılaşmada Türkiyə 3:2 hesablı qələbə qazanıb.

Buna baxmayaraq, Türkiyə yığması 3 xalla qrupda sonuncu yeri tutaraq dünya çempionatı ilə vidalaşıb. ABŞ isə 6 xalla D qrupunun lideri kimi növbəti mərhələyə yüksəlib.

DÇ-2026
D qrupu, III tur
26 iyun

Paraqvay - Avstraliya - 0:0

Türkiyə - ABŞ - 3:2

Qollar: Trasti, 3; Arda Güler, 10; Orkun Kökçü, 31; Serhalter, 69; Kaan Ayhan, 90+8.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31