Neymar 980 gündən sonra Braziliya millisində meydana qayıtdı
14:13 İdmanBraziliya millisinin tarixində ən çox qol vuran futbolçu olan Neymar uzun fasilədən sonra yenidən milli komandanın heyətində meydana çıxıb.
Milli.Az-ın "TASS"a istinadən məlumatına görə, 34 yaşlı hücumçu dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Şotlandiya yığmasına qarşı keçirilən görüşün 76-cı dəqiqəsində əvəzetmədən oyuna daxil olub. Bu, onun 980 gün sonra Braziliya millisində ilk oyunu olub.
Futbolçu turnirin ilk iki matçını baldır əzələsində aldığı zədə səbəbindən buraxıb.
Qeyd edilib ki, Neymarın Braziliya millisində son çıxışı 2023-cü il oktyabrın 18-nə təsadüf edir. O, milli komanda ilə Olimpiya çempionu, Konfederasiyalar Kubokunun qalibi olub və Amerika Kubokunda finala qədər yüksəlib. Onun milli komandadakı qol rekordu 79 qoldur və bu göstərici ilə Braziliya futbol tarixində liderdir. Şotlandiya ilə matç isə onun yığmadakı 129-cu oyunu kimi qeydə alınıb.
Məlumata görə, Neymarın dünya çempionatlarındakı çıxışları tez-tez zədələrlə yadda qalıb. 2022-ci ildə Serbiya ilə oyunda zədələnən futbolçu turnirin qrup mərhələsində çətinliklərlə üzləşib. 2018-ci ildə Rusiyada keçirilən mundiala zədəli vəziyyətdə yollanıb və tam formada ola bilməyib. 2014-cü ildə isə Belçikaya qarşı matçda onurğasından ciddi zədə alaraq turniri yarımçıq buraxıb.