Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
19:55 İdmanDÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda keçirilən Uruqvay - Kabo-Verde görüşü tarixi hadisə ilə yadda qalıb.
Dünya çempionatları tarixində ilk dəfə hər iki komandanın start heyətində eyni vaxtda 40 yaşını tamamlamış qapıçılar meydana çıxıb.
Uruqvay millisinin qapısını Fernando Muslera qoruyub. Kabo-Verde yığmasında isə təcrübəli Vozinya forma geyinib.
Maraqlıdır ki, hər iki qolkiper bu ilin iyun ayında 40 yaşını qeyd edib. Vozinyanın iyunun 3-də, Musleranın isə iyunun 16-da 40 yaşı tamamlanıb
Beləliklə, DÇ-2026-nın qrup mərhələsində keçirilən bu qarşılaşma yaş statistikası baxımından mundiallar tarixində yeni rekordla əlamətdar olub. (qol.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31