İran millisinin hücumçusu DÇ-2026-dakı qadağalardan şikayətləndi: "Bizə qarşı ədalətsizlik edilir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran yığmasının hücumçusu Əlirza Cahanbaxş 2026-cı il dünya çempionatında komandasına tətbiq olunan məhdudiyyətlərdən narazılığını bildirərək digər kollektivlərlə eyni münasibət və elementar ədalət tələb etdiklərini vurğulayıb. Turnir qaydalarına əsasən, bazası Meksikada (Tixuana) yerləşən İran millisinə ABŞ-yə yalnız oyunlardan 24 saat əvvəl daxil olmağa icazə verilir və matç bitən kimi onlar ölkəni tərk etməlidirlər. Qrup mərhələsinin ilk turunda Yeni Zelandiya ilə bərabərə qalan (2:2) komandanın baş məşqçisi Əmir Qalenoi də bərpa məşqi keçməyə icazə verilmədiyini və Los-Ancelesdən dərhal çıxarıldıqlarını təsdiqləyib. 

Çətinliklərin komandanı daha da birləşdirdiyini və xarakter nümayiş etdirdiklərini deyən Cahanbaxş, növbəti Misir matçının keçiriləcəyi və düşərgələrindən xeyli uzaq olan Sietl şəhərinə ən azı daha tez gəlmələrinə şərait yaradılacağına ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31