Braziliya millisi qarşıdakı oyunlarda Rafinyasız oynayacaq

Braziliya millisi və İspaniyanın "Barselona" klubunun cinah hücumçusu Rafinya zədələnib.

27 yaşlı futbolçuya sağ budun əzələ zədəsi diaqnozu qoyulub. Bu səbəbdən o, Braziliya millisinin qarşıdakı rəsmi oyunlarında komandasına kömək edə bilməyəcək.

Rafinya Braziliya-Haiti oyununda ilk hissədə zədələnərək əvəzlənmişdi.

Qeyd edək ki, Braziliya millisi dünya kubokunda Mərakeşlə 1-1 hesablı heç-heçə edib, Haiti üzərində 3-0 hesablı qələbə qazanıb. Karlo Ançelottinin yetirmələri növbəti turda Şotlandiya ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31