Argentinada Messinin 26 metr hündürlüyündə heykəlinin açılışı həyata keçirilib
10:30 İdman8 dəfə "Qızıl top" mükafatı laureatı və dünya çempionu Lionel Messinin ən böyük abidəsi Argentinada istifadəyə verilib.
Bu barədə "TyC Sports" telekanalı məlumat yayıb.
Heykəlin hündürlüyü 26 metr, ümumi çəkisi isə 70 tondur. Onun layihəsi heykəltəraş Aldo Berois tərəfindən hazırlanıb.
Xatırladaq ki, iyunun əvvəlində Hindistanın Kəlküttə şəhərində argentinalı futbolçunun 21 metrlik heykəli güclü küləklər nəticəsində konstruksiyanın dayanıqsızlığı ilə bağlı narazılıqlardan sonra sökülmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31