"Fənərbağça"nın baş məşqçisi o olacaq

Türkiyənin "Fənərbağça" klubunda baş məşqçi məsələsinə aydınlıq gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına yenidən İsmail Kartal keçəcək. Klubun bu qərarı qısa müddət ərzində rəsmi şəkildə ictimaiyyətə təqdim edəcəyi bildirilir. Məlumatı jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

Beləliklə, təcrübəli mütəxəssis "sarı-lacıvərdlilər"in baş məşqçisi kimi növbəti dəfə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, İsmail Kartal daha əvvəl də bir neçə dəfə "Fənərbağça"nı çalışdırıb. Bu təyinat onun klubdakı dördüncü məşqçilik dönəmi kimi tarixə düşəcək.

Azarkeşlər artıq təcrübəli çalışdırıcının rəhbərliyi altında komandanın yeni mövsümdə necə çıxış edəcəyini maraqla gözləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31