“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
14:22 İdmanİspaniyanın "Real Madrid" klubu heyətini yeni transferlə gücləndirib.Milli.Az xəbər verir ki, Madrid təmsilçisi Fransanın "Liverpul" klubunda çıxış edən mərkəz müdafiəçisi İbrahima Konate ilə müqavilə imzalayıb.Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, futbolçu 2030-cu il iyunun 30-dək "kral klubu"nun formasını geyinəcək.
25 yaşlı müdafiəçi karyerasının son dövrünü İngiltərə Premyer Liqasında keçirib. O, "Liverpul"un əsas heyət üzvlərindən biri kimi çıxış edərək müdafiə xəttindəki performansı ilə diqqət çəkib.
Transferin baş tutması "Real Madrid"in müdafiə xəttini daha da gücləndirməsi kimi dəyərləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31