Bu gün 'Sabah'ın Çempionlar Liqasındakı ilk rəqibi bəlli olur

Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Milli.Az xəbər verir ki, püşkatma zamanı Azərbaycanı turnirdə təmsil edən "Sabah" klubunun da ilk mərhələdəki rəqibi bəlli olacaq.

Tədbir İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında təşkil olunacaq. Püşkatma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sabah"ın mümkün rəqibləri arasında "Şemrok Rovers", TNS, "Vikinqur", "Larne", "KuPS", "Kayrat", "Petrokub", "Flora", "Linkoln", "Universitatya", "Klaksvik", "Drita", "Borats" və "Riqa" klubları yer alır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 7-8-də, cavab qarşılaşmaları isə iyulun 14-15-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31