Neymar Mərakeşlə oyunu buraxacaq - DÇ-2026

Neymar Braziliya millisinin dünya çempionatının Mərakeşlə keçiriləcək birinci tur matçını buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.

O, 34 yaşlı hücumçunun sağalma prosesində olduğunu və gələn həftə komandaya qoşulacağını bildirib.

C qrupunda yer alan Braziliya millisi Mərakeşlə iyunun 14-də üz-üzə gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31