ABŞ millisi Paraqvayı məğlub edib - DÇ-2026

Futbol üzrə dünya çempionatında ABŞ yığması Paraqvaya qalib gəlib.

Los-Ancelesdə baş tutan D qrupunun qarşılaşmasında meydan sahibləri rəqibini 4:1 hesabı ilə üstələyiblər.

ABŞ millisinin heyətində qolları Damyan Bobadilya (7-ci dəqiqə, avtoqol), Folarin Baloqan (31 və 45+5-ci dəqiqələr) və Covanni Reyna (90+8-ci dəqiqə) vurublar. Paraqvay yığmasının yeganə qoluna isə Maurisio 73-cü dəqiqədə imza atıb.

Xatırladaq ki, D qrupunun digər görüşündə iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə milliləri üz-üzə gələcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31