Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
19:57 İdmanMinifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.
Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib - 3:1.
Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq.
Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31