Fransanın dünya çempionatı üçün heyəti AÇIQLANDI
10:38 İdmanFutbol üzrə Fransa millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb.Milli.Az xəbər verir ki, baş məşqçi Didye Deşam turnir üçün 26 futbolçuya şans verib.Heyətdə ən çox diqqət çəkən adlar Kilian Mbappe və Usman Dembele olub. Hər iki ulduz hücum xəttində komandanın əsas ümidləri sırasında yer alıb.
Bununla yanaşı, Eduardo Kamavinqa və Lukas Şevalye yekun siyahıya daxil edilməyib. Bu qərar azarkeşlər arasında müzakirələrə səbəb olub.
Fransa millisinin heyətində Mayk Menyan, Jül Kunde, Villiam Saliba,Orelyen Çuameni, Nqolo Kante və Markus Tyuram kimi tanınmış futbolçular da yer alıblar.
Qeyd edək ki, Fransa dünya çempionu adını iki dəfə qazanıb. Komanda son mundialda finala qədər irəliləmiş, həlledici görüşdə Argentinaya penaltilər seriyasında məğlub olmuşdu.
2026-cı il dünya çempionatında Fransa yığması qrup mərhələsində Seneqal, İraq və Norveçlə qarşılaşacaq.
Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.