Şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib
21 Aprel 21:40 İdman"Azfar" şirkətlər qrupunun stadionunda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.Şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli, qardaşı Samir Kərimbəyli, rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin bədən tərbiyəsi müəllimləri və futbol komandaları iştirak etmişlər.
Turnirin sonunda qalib komandalara şəhid ailəsinin iştirakı ilə müvafiq dərəcəli diplom, şəhidin atası Əli Kərimbəyliyə isə turnirin xatirə diplomu təqdim edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31