Gənc futbolçu özünü "Barselona"ya təklif edib

PSJ-nin futbolçusu Bredli Barkola komanda yoldaşı Usman Dembelenin də agenti olan Mussa Sissoko ilə çalışmaq üçün Jorje Mendeşlə yollarını ayırıb.

Olaylar.az xəbər verir ki, o, özünü "Barselona"ya təklif edib.

Bu barədə "Sport" nəşri məlumat yayıb.

Katalon klubunun idman direktoru Deku onun oyununu bəyənsə də, "Barselona"nın bu transferi maliyyələşdirə bilib-bilməyəcəyi məlum deyil.

PSJ 80 milyon avrodan aşağı heç bir təklifi nəzərdən keçirmək niyyətində deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31