Luis Dias Bundesliqada tarix yazdı
18:14 İdmanAlmaniya Bundesliqasının XXX turunda "Bavariya" doğma meydanda "Ştutqart" üzərində 4:2 hesablı qələbə qazanaraq mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Olaylar.az xəbər verir ki, görüşdə Münhen təmsilçisinin futbolçusu Luis Dias matç ərzində iki məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayıb.
Dias 2004/2005 mövsümündən etibarən Bundesliqada bir mövsümdə ən azı 13 qol və 13 məhsuldar ötürmə edən ilk "Bavariya" futbolçusu kimi tarixə düşüb.
29 yaşlı vinger cari mövsümdə Bundesliqada 15 qol vurub və 13 assist edib. Bununla da Luis Dias Avropanın ən güclü beş çempionatında bu göstəriciyə çatan yeganə futbolçu olub.
Qeyd edək ki, kolumbiyalı ötən yay "Liverpul"dan 70 milyon avro qarşılığında "Bavariya"ya transfer olunub. Diasın Almaniya nəhəngi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.