Azərbaycan cüdoçuları Avropa çempionatını dörd medalla başa vurublar
16:36 İdmanAzərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatını dörd medalla başa vurublar.
Trend xəbər verir ki, bunlardan 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.
Avropa çempionatında Hidayət Heydərov (73 kiloqram) ikinci, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) üçüncü yeri tutublar.
Turnirə bu gün yekun vurulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31