"Real" 5 futbolçu ilə yollarını ayıracaq
15:29 İdmanUğursuz mövsüm keçirən "Real" yeni mövsümün planlarını qurmağa başlayıb.
Trend xarici mediaya istinadən xəbər verir ki, "kral klubu" yayda bir neçə oyunçu ilə yollarını ayıracaq.
Müdafiəçilər David Alaba və Dani Karvahalın mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq. Yarımmüdafiəçilər Dani Sebalyos, Eduardo Kamavinqa və hücumçu Qonsalı Qarsiya isə satışa çıxarılacaq.
Qeyd edək ki, "Real" 1/4 finalda "Bavariya"ya məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Madrid təmsilçisi La Liqada isə 31 turdan sonra 70 xal toplayıb və lider "Barselona"dan 9 xal geri qalmaqla 2-ci yerdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31