"Yuventus" kapitanı ilə bağlı qərar verdi

"Yuventus"da Manuel Lokatelli ilə bağlı qərar verib.

Olayların xarici mediaya istinadən xəbər verir ki, "qoca sinyora" komandanın kapitanını buraxmaq niyyətində deyil.

Belə ki, Turin klubu 28 yaşlı yarımmüdafiəçinin müqavilə müddətini artırmaq niyyətindədir.

Lokatellinin müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir. Yeni müqaviləyə əsasən, italiyalı futbolçu 2030-cu il iyunun 30-na qədər "Yuventus"da qalacaq.

O, karyerası ərzində "Milan" və "Sassuolo" klublarında da oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31