"Tottenhem"in yeni baş məşqçisi o olacaq

"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanı Roberto De Zerbi çalışdıracaq. İtaliyalı mütəxəssislə 5 illik müqavilənin imzalanacağı gözlənilir.

De Zerbinin maaşı mövsümdə 13,8 milyon avroya çatacaq. Bununla da o, Premyer Liqada yalnız Xosep Qvardiola və Mikel Artetadan geri qalacaq.

Xatırladaq ki, De Zerbi fevralın əvvəlində Fransanın "Marsel"dən istefaya göndərilib.

Qeyd edək ki, "Tottenhem" İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirir. Komanda 31 turdan sonra 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. London klubu 18-ci yerdə olan "Vest Hem"i cəmi 1 xal qabaqlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31