DÇ-2026-da pley-off oyunlarına start verilir

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start veriləcək.

Olaylar.az xəbər verir ki, A, B, C və D yolları üzrə ümumilikdə 8 oyun keçiriləcək.

Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Final görüşləri martın 31-də keçiriləcək.

26 mart

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

A yolu

23:45. İtaliya - Şimali İrlandiya

23.45. Uels - Bosniya və Herseqovina

B yolu

23:45. Ukrayna - İsveç

24:45. Polşa - Albaniya

C yolu

21:00. Türkiyə - Rumıniya

23:45. Slovakiya - Kosovo

D yolu

23:45. Danimarka - Şimali Makedoniya

23:45. Çexiya - İrlandiya

Pley-off-un final cütlükləri

A yolu

İtaliya - Şimali İrlandiya qalibi / Uels - Bosniya və Herseqovina qalibi

B yolu

Ukrayna - İsveç qalibi / Polşa - Albaniya qalibi

C yolu

Türkiyə - Rumıniya qalibi / Slovakiya - Kosovo qalibi

D yolu

Danimarka - Şimali Makedoniya qalibi / Çexiya - İrlandiya Respublikası qalibi

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksik və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31