"Barselona" portuqaliyalı müdafiəçini saxlamaq istəyir

Barselona" "Əl-Hilal"dan icarəyə götürdüyü Joau Kanselunun transfer hüquqlarına yiyələnmək istəyir.

Olaylar.az  bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, məşqçilər korpusu portuqaliyalı müdafiəçinin performansını bəyənir. Səudiyyə Ərəbistanı klubu Kanselu üçün 15 milyon avro tələb edir. İspaniya nəhəngi isə 31 yaşlı sol cinah müdafiəçisinin keçidini daha aşağı məbləğə yekunlaşdırmağa çalışır.

Qeyd edək ki, "Barselona" Joau Kanselunu bu ilin yanvarında icarəyə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31