18 yaşlı futbolçu vəfat etdi - FOTO
13:51 İdmanKolumbiyanın "Milyonarios" klubunun gənclərdən ibarət komandasının yarımmüdafiəçisi Santyaqo Kastrilyon 18 yaşında dünyasını dəyişib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hadisə şənbə günü gənclər arasında keçirilən ölkə çempionat matçı zamanı baş verib. Futbolçu qəfildən meydanda huşunu itirib. Ona dərhal tibbi yardım göstərilib, daha sonra isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılaraq kardioloqların nəzarəti altında reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, gənc idmançı özünə gəlməyib və vəfat edib. Klubdan verilən rəsmi açıqlamada Santyaqonun ailəsi, komanda yoldaşları və dostlarının əhatəsində son mənzilə yollandığı bildirilib.
Qeyd edək ki, Kastrilyon "Milyonarios"un əsas komandasında rəsmi matça çıxmasa da, dəfələrlə oyunların iştirak ərizəsinə salınmışdı.