Messi Peleni keçdi

Argentinalı hücumçu Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə Braziliya millisində üçqat dünya çempionu Peleni ötüb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, L.Messi futbol tarixində bu göstəriciyə görə ikinci yerə çıxıb.

Əsas Futbol Liqasının (MLS) müntəzəm mövsümünün "Nyu-York Siti" ilə səfər matçında (3:2) L.Messi karyerasında 71-ci qolunu cərimə zərbəsindən vurub. Rekord göstərici Braziliya milli komandasının sabiq futbolçusu Juninyo Pernambukanoya məxsusdur, onun aktivində bu cür vurulmuş 77 qol var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31