"Roma" "Barselona"nın müdafiəçisi ilə maraqlanır

"Barselona"nın futbolçusu Runi Bardci İtaliyaya yollanmağa hazırlaşır.

Olaylar.az "Marca"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi "Roma"nın maraq dairəsindədir.

Paytaxt təmsilçisi Runi üçün 1 mövsümlük icarə müqaviləsi təklif edib. İsveçlinin daha çox oyun praktikası qazanması üçün keçidin baş tutacağı ehtimalı yüksəkdir.

O, 2025-ci ildə "Kopenhagen"dən "Barselona"ya keçib. Futbolçunun Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31