"PSJ"nin rəqibi matçın təxirə salınmasını istəmir

"Lans"ın baş məşqçisi Pierre Saje "PSJ" ilə Liqa 1 oyununun təxirə salınmasına qarşı çıxıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın 11 aprel tarixində keçirilməsi planlaşdırılır. Paris klubu isə 8 və 14 aprel tarixlərində "Liverpul" ilə Çempionlar Liqasının 1/4 final oyunlarını oynayacaq.

Saje "Lans"ın da proqramının gərgin olduğunu bildirib və oyunun təxirı salınması ilə razılaşmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31