UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ən yaxşı oyunçusu müəyyənləşib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.

Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, "Nyukasl"da çıxış edən Entoni Qurdon seçilib. İngiltərəli vinger UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda Dezire Due (PSJ), Patrik Şik ("Bayer") və Kasper Hoqu ("Budo Qlimt") qabaqlayıb.

Qeyd edək ki, Entoni Qordon "Nyukasl"ın Bakıda "Qarabağ"ı 6:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 4 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31