“Kolumbus Kru”dan Nərimanla bağlı bağlı RƏSMİ AÇIQLAMA

Amerikanın MLS liqasında çıxış edən "Kolumbus Kru" klubu "Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin transferini rəsmən elan edib.

Musavat.com xəbər verir ki, Ohayo ştatının Kolumbus şəhərini təmsil edən klub 21 yaşlı forvardla 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Məlumata görə, gənc futbolçu ilk mövsümdə 1 milyon dollar qazanacaq. Növbəti illərdə isə onun maaşının artacağı bildirilir. Bu keçid həm maliyyə, həm də idman baxımından Azərbaycan futbolu üçün diqqətçəkən hadisə hesab olunur.

Nəriman Axundzadə son mövsümlərdə Qarabağ FK forması ilə həm Premyer Liqada, həm də avrokuboklarda məhsuldar çıxışı ilə seçilirdi. Onun MLS-ə transferi "Qarabağ"ın yetirmələrinin beynəlxalq bazarda maraq doğurduğunu bir daha göstərdi.

Qeyd edək ki, "Kolumbus Kru" ABŞ-nin ən köklü klublarından biri sayılır və gənc futbolçulara şans verməklə tanınır. Axundzadənin uzunmüddətli müqavilə ilə komandaya cəlb olunması klubun ona ciddi ümidlər bəslədiyini göstərir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31