Ərəb klubu Salaha sərvət təklif edəcək

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, "Əl-Nəsr" misirli vingerin xidmətində maraqlıdır.

Ərəblər Salaha həftəlik 1,2 milyon funt-sterlinq maaş təklif etməyi planlaşdırır. Bu isə 33 yaşlı oyunçunun İngiltərə klubunda aldığı məvacibdən 3 dəfə çoxdur.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31