Bəhlul "Qarabağ"dan Çin klubuna gedir? - Özü AÇIQLADI
12:49 İdmanPley-off mərhələsinə yüksəldiyimiz üçün şadıq. "Liverpul"la oyuna görə təəssüf hissi keçiririk. Ümumilikdə bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. "Liverpul"la matç bizə dərs olacaq.
Olaylar.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
O, potensial rəqiblər haqqında da fikirlərini bölüşüb:
"Nyukasl" PSJ-dən bizə daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Mübarizə aparmağa çalışacağıq".
B.Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib:
"Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.